...

İlahiyyat İnstitutunun dosenti BSU-da mühazirə oxuyub (FOTO)

Cəmiyyət Materials 12 Aprel 2019 17:28
“İslam tarixinin və islam əxlaqının əsas prinsipləri” mövzusunda fakültətiv kursların növbəti mühazirəsi keçirilib.
İlahiyyat İnstitutunun dosenti BSU-da mühazirə oxuyub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı Slavyan Universitetində (BSU) Təhsil Nazirliyindən (TN) göndərilən tövsiyə məktubu əsasında “İslam tarixinin və islam əxlaqının əsas prinsipləri” mövzusunda fakültativ kursların növbəti mühazirəsi keçirilib.

Azərbaycan İlahiyyat İnstitutundan (Aİİ) Trend-ə verilən məlumata görə, mühazirənin budəfəki qonağı Aİİ-nin dosenti, ilahiyyat üzrə fəlsəfə doktoru Anar Qafarov olub.

Dosent Anar Qafarov BSU tələbələri qarşısında “İslam əxlaq fəlsəfəsi” mövzusunda geniş məruzə ilə çıxış edib. İlahiyyatçı islam düşüncəsi və mədəniyyətində əxlaqın mövqeyindən, əhəmiyyətindən bəhs edib, islam, əxlaq və fəlsəfə anlayışlarının terminoloji cəhətdən izahını verib. A.Qafarov islam əxlaq fəlsəfəsində əxlaq düşüncəsinin əsas mənbəyinin Quran və hədislərdə mövcud olduğunu vurğulayıb. Qloballaşma hadisəsini müxtəlif mədəniyyətləri təmsil edən fərd və cəmiyyət münasibətlərinin inkişaf etdirilməsi baxımından müsbət amil kimi dəyərləndirib. İlahiyyatçı alim müasir dövrdə texnologiyadan düzgün yararlanmaqla bağlı gənclərə öz tövsiyələrini verib. İslam filosoflarının əxlaq fəlsəfəsi haqqında fikirlərindən bəhs edən A.Qafarov Azərbaycan mədəniyyətində islam dininin izləri barədə bir sıra maraqlı faktlardan nümunələr gətirib. Azərbaycanlı alimlərin islam mədəniyyətinin formalaşmasında xüsusi rol oynadıqlarını, bu mədəniyyətə böyük töhfələr verdiyini vurğulayıb.

Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması, mövzu ətrafında müzakirələrlə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti