...

Fransanın məşhur qəzetləri Naftalan neftindən yazıb

Cəmiyyət Materials 12 Aprel 2019 18:30 (UTC +04:00)
Azərbaycanda neft sağlamlıq deməkdir.
Fransanın məşhur qəzetləri Naftalan neftindən yazıb

Bakı. Trend:

Azərbaycanda neft sağlamlıq deməkdir. Azərbaycanın şimal qərbində yerləşən Naftalan şəhəri xam neftdən müalicəvi istifadəsinə görə məhşurdur.

Bu Fransanın məşhur qəzetlərindən olan "Liberation" və "Lexpress" qəzetlərində yazılır.

Məqalədə deyilir: "Polartirit, artirit xəstəliklərindən əziyyət çəkən insanlar bura müalicə məqsədilə gəlir, dediklərinə görə 10 günlük müalicədən sonra dərmandan istifadə kifayət qədər azalır və özlərini əla hiss edirlər. Bu qeyri-adi spa məkanı Qafqazda, dondurulmuş münaqişə olan Dağlıq Qarabağ ərazisindən bir neçə kilometr aralıda yerləşir. “Bu Allahın hədiyyəsidir”, 48 yaşlı müalicə olunan Rüfət deyir.

Azərbaycan iqtisadiyyatında neft ixracı vacib rol oynayır. Neftin beşiyi olan Azərbaycanda qara qızılın kəşvi 19-cu əsrin ortalarına gedib çıxır. Naftalan nefti fərqli xüsusiyətləri ilə tanıtdırır və əsas müalicə mərkəzlərindən birinə çevrilir. Xəstələr çox razılıq edirlər və hazırda şəhərdə xəstəliklərdən əziyyət çəkən pasientlərə məxsus əşyaları əks etdirəcək muzey tikilməkdədi. İldə 80-ci illərdə Naftalan 70 min pasient qəbul edib. İllər keçdikcə sanatoriyada müalicə metodları təkmilləşdirilir. Balaca şəhərdə aerodrom və sanatoriyalar olub. Lakin Ermənistanla Azərbaycan arasındakı müharibə nəticəsində bütün sanatoriyalar yüz minlərlə qaçqının yerləşdiyi məkana çevrilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti