...

Macarıstan səfirliyinin nümayəndəsi ADU tələbələri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 23 Aprel 2019 01:51 (UTC +04:00)
Macarıstanın Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil məsələləri üzrə ikinci katibi Mihay Qruber Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşüb.
Macarıstan səfirliyinin nümayəndəsi ADU tələbələri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Macarıstanın Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil məsələləri üzrə ikinci katibi Mihay Qruber Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri ilə görüşüb.

ADU-dan Trend-ə verilən məlumata görə, Macarıstan təhsil sistemi haqqında danışan qonaq universitetdə yaradılan şəraitə görə təşəkkürünü bildirib.

O, tələbələrin Macarıstanı seçmək səbəblərindən danışaraq ölkə haqqında ətraflı məlumat verib. M.Qruber Macarıstanda xarici tələbələr üçün ali təhsil forması, beynəlxalq proqramlar, təqaüd proqramlarından söz açıb. Macarıstanda təhsil almaq şərtləri, tələblər, ödəniş formaları ilə bağlı danışan qonaq müraciət prosesi haqqında məlumat verib.

Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti