...

Polşalı qonaq: Məhz bu marafonda iştirak etmək üçün Bakıya gəlmişəm

Cəmiyyət Materials 5 May 2019 09:54 (UTC +04:00)
Bakı marafonu çox gözəl təşkil olunub.
Polşalı qonaq: Məhz bu marafonda iştirak etmək üçün Bakıya gəlmişəm

Bakı. Elçin Mehdiyev – Trend:

Bakı marafonu çox gözəl təşkil olunub. Mən məhz bu marafonda iştirak etmək üçün Bakıya gəlmişəm.

Bunu Trend-ə "Bakı Marafonu-2019"da iştirak etmk üçün ölkəmizə səfərə gəlmiş polşalı qonaq Qrzeqorz Telesniçki deyib.

Bakıda ilk dəfə olduğunu söyləyən Q.Telesniçki şəhəri çox bəyəndiyini bildirib.

Qonaq qeyd edib ki, dünyanın müxtəlif ölkələrində bu cür marafonlarda iştirak edir: “Bakıda da belə marafonun keçirildiyini eşitdim və ailəmlə birgə burada iştirak etməyə gəldim. Bu cür marafonlar sağlam həyat tərzini təbliğ etmək üçün çox gözəl vasitədir. Bura gəlməyimdən çox məmnunam”.

Xatırladaq ki, bu gün Bakıda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Bakı Marafonu-2019" keçirilir. "Küləyə qalib gəl" şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.

Layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti