...

"Bakı Marafonu 2019"un qalibi müəyyənləşdi (FOTO)

Cəmiyyət Materials 5 May 2019 11:43 (UTC +04:00)
"Bakı Marafonu 2019"un qalibi müəyyənləşib
"Bakı Marafonu 2019"un qalibi müəyyənləşdi (FOTO)

Bakı. Vüqar İmanov - Trend:

"Bakı Marafonu 2019"un qalibi müəyyənləşib.

Trend-in məlumatına görə, finişə ilk çatan uqandalı iştirakçı Ssenyange İsmayıl olub.

Bakı marafonunda iranlı Məhəmməd Cəfər Moradi ikinci, Azərbaycan təmsilçisi Elman Abışov isə üçüncü olublar.

Xatırladaq ki, bu gün Bakıda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Bakı Marafonu-2019" keçirilib. "Küləyə qalib gəl" şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.

Layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti