...

"Tələbələrarası intellekt olimpiadası" layihəsinin I turuna start verilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 6 May 2019 13:20 (UTC +04:00)
LEAD Education Təhsil və İnnovasiya Mərkəzi, YAP Gənclər Birliyinin, Azərbaycan Tələbələr Gənclər Təşkilatı İttifaqının təşkilati dəstəyi və “Bank of Baku”nun baş sponsorluğu ilə "Tələbələrarası intellekt olimpiadası" layihəsinin I turuna start verilib.
"Tələbələrarası intellekt olimpiadası" layihəsinin I turuna start verilib (FOTO/VİDEO)

Bakı. Trend:

LEAD Education Təhsil və İnnovasiya Mərkəzi, YAP Gənclər Birliyinin, Azərbaycan Tələbələr Gənclər Təşkilatı İttifaqının təşkilati dəstəyi və “Bank of Baku”nun baş sponsorluğu ilə "Tələbələrarası intellekt olimpiadası" layihəsinin I turuna start verilib.

Ötən gün Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Mühəndislik Universiteti və Qərbi Kaspi Universitetinin tələbələri olimpiadanın I turunda iştirak ediblər.

Layihənin reqlamentinə əsasən ilk turda tələbələr fərdi şəkildə yarışaraq, 100 dəqiqə ərzində IQ, məntiq və dünyagörüşünə aid 50 sualı cavablandırıblar. Digər universitetlərdə isə I tur mayın 11-də keçiriləcək. Birinci tur tam başa çatdıqdan sonra ümumi siyahıda ən yüksək bal toplayan tələblər may ayının sonunda final mərhələsində iştirak edəcəklər.

Final turunda iştirak edən hər kəs LEAD Education tərəfindən magistratura, MİQ imtahanlarına hazırlıq və xarici dil kurslarının istənilən birindən 20-100% endirim qazanacaq. Final mərhələsində iştirak edən 100-dək tələbə layihənin sponsorları və tərəfdaşlarının təqdim etdiyi aşağıdakı hədiyyələrlə mükafatlandırılacaq:

  • “Baku Elektroniks”dən Notebook, planşet, fotoaparat
  • “İrşad Telekom”dan HONOR smartfonu və 20 ədəd HONOR band smart saatı
  • “İSMA Bike”dan 2 ədəd İSMA Bike velosipedi
  • “Bizon”dan iştirak edən hər kəsə enerji içkiləri
  • “Boranı” restoranlar şəbəkəsindən 10 ədəd 2 nəfərlik şam yeməyi
  • “Nizami Kino Mərkəzi”ndən ən baxımlı filmlərə 20 ədəd bilet
  • Tanınmış brendərdən endirim kuponları
  • və digər tərəfdaşlarımızdan çoxlu hədiyyələr...

Tələbələr olimpiadada iştirak etmək üçün universitetlərdə yaradılmış olimpiada mərkəzlərinə müraciət edə və ya aşağıdakı linkə daxil olub, qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, mayın 11-də BDU, ADNSU, ADMİU, AZTU, BANM, DİA və Avarasiya Universitetlərinin tələbələri olimpiadada iştirak edəcək. Bununlada layihənin ilk turuna yekun vurulacaq.

http://bit.ly/2UxRfm9

Qeydiyyatdan keçin və mükafatlar qazanın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti