...

Ümummilli liderin anadan olmasının 96 illiyi ilə əlaqədar 96 min ağac əkilib (FOTO)

Cəmiyyət Materials 10 May 2019 15:09 (UTC +04:00)
Ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən avtomobil yolları boyunca yaşıllaşdırma istiqamətində vacib addımlar atılır, yeni yaşıllıqlar salınır.
Ümummilli liderin anadan olmasının 96 illiyi ilə əlaqədar 96 min ağac əkilib (FOTO)

Bakı. Trend:

Ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən avtomobil yolları boyunca yaşıllaşdırma istiqamətində vacib addımlar atılır, yeni yaşıllıqlar salınır.

AAYDA-dan Trend-ə verilən məlumata görə, bu çərçivədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü münasibətilə avtomobil yollarının kənarlarında ağacəkmə aksiyaları keçirib.

Aksiyalar çərçivəsində Bakı şəhərinin avtomobil yollarının mühafizə zolaqlarına, yolötürücüləri və yolqovşaqlarının ərazilərinə ümumilikdə 11 min, respublikanın magistral avtomobil yollarının mühafizə zolaqlarına isə 85 min müxtəlif növ ağac, gül və kol bitkiləri əkilib.

Beləliklə, son 4 ay ərzində paytaxtın və respublikanın avtomobil yollarının mühafizə zolağında 96 min müxtəlif növ ağac və kol bitkisi əkilib. Bununla da yollarının mühafizə zolağında olan ağac və kol bitkisinin sayı 1 mln. 349 min 097 ədədə çatıb.

Əkilən ağacların böyük hissəsi AAYDA-nin tinglik sahələrində yetişdirilib.

Qeyd edək ki, hazırda ölkə ərazisində ətraf mühitin sağlamlaşdırılması ilə bağlı ekoloji tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti