...

Dairəvi yolda DƏHŞƏTLİ QƏZA (FOTO)

Cəmiyyət Materials 21 İyun 2019 18:50 (UTC +04:00)
Bakıda yol qəzası baş verib.
Dairəvi yolda DƏHŞƏTLİ QƏZA (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakıda yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində, Bakı Dairəvi-1 avtomobil yolunda qeydə alınıb.

Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olan "Hyundai" markalı avtomobil yüksək sürətlə gəldiyindən idarəetməni itirərək qarşıda eyni istiqamətdə hərəkətdə olan 90 HE 852 dövlət nömrə nişanlı "Mitsubishi Pajero"ya çırpılıb.

Zərbənin təsirindən yoldan çıxan "Mitsubishi Pajero" kənardakı dəmir sürahini və işıq dirəyini qıraraq aşıb.

Hadisə nəticəsində xəsarət alanın olub-olmadığı məlum deyil. Qəzaya görə yolda uzun tıxac yaranıb.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti