...

ADU-da “İpək yolu: Mərkəzi Avrasiya və Çin arasında” Beynəlxalq Konfransı keçirilib (FOTO)

Cəmiyyət Materials 25 İyun 2019 19:45 (UTC +04:00)
22-23 iyun tarixlərində ADU-da “İpək yolu: Mərkəzi Avrasiya və Çin arasında” Beynəlxalq Konfransı keçirilib.
ADU-da “İpək yolu: Mərkəzi Avrasiya və Çin arasında” Beynəlxalq Konfransı keçirilib (FOTO)

Bakı. Trend:

22-23 iyun tarixlərində Azərbaycan Dillər Universitetində (ADU) “İpək yolu: Mərkəzi Avrasiya və Çin arasında” Beynəlxalq Konfransı keçirilib.

ADU-dan Trend-ə verilən məlumatda konfransda iştirak edən alimləri təəssüratlarını bölüşür.

Pekinq Universitetinin Tarix fakültəsinin dekan müavini Zan Tao:

“Mən təşkilat komitəsinin üzvüyəm. Bakını seçməmişdən əvvəl bir neçə variantlarımız var idi. İstanbul, Ankara, Səmərqənd kimi şəhərlərdən hansının ola biləcəyi üzərində suallarımız çox oldu. Bakını seçməyin bir çox səbəbləri oldu. Bakının seçilməsi bizi çox həyəcanlandırır. Bakı Avrasiyanın mərkəzidir. Həmçinin, müasir şəhərdir.
Bu layihə Pekinq və İndiana universitetlərinin əməkdaşlığı nəticəsində reallaşdı.

Konfransın birinci hissəsi Pekinq Universitetində, ikinci hissəsi isə İndiana Universitetində keçirildi. Bu layihə İndiana Universitetinin Mərkəzi Avrasiya Araşdırmalar Departamenti və Pekinq Universitetinin Tarix Departamentinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib. Konfransın əsas mövzusu Avrasiya və Çin arasında yerləşən İpək yoluna həsr olunub. Biz layihəni Pekin və Bloominqtonun sərhədlərindən kənara çıxmasını istəyirdik. Bu layihələrin keçirilməsi nəticəsində bizə qoşulacaq yeni-yeni tərəfdaşlar, həmçinin iştirakçılar tapırıq, İpək yolu ətrafındakı müxtəlif mədəniyyətləri təcrübədən keçirmək fürsətləri ilə tanış oluruq. Seçimimiz ilk olaraq Bakı oldu. Layihəni Tanq Araşdırma Fondunun dəstəyi ilə davam etdirəcəyik, fərqli və faydalı seminarlar keçirəcəyik.

İlk dəfədir Bakıdayam. Azərbaycan, Bakı haqqında məlumatım var. Bakı neft sənayesində və digər sahələrdə mühüm rol oynayır. Gəlməmişdən öncə Bakı haqqında təsəvvürlərim fərqli idi. Bakıda çoxlu sayda fabriklərin olduğunu düşünürdüm. Lakin bura çatanda gördüm ki, Bakı çox gözəl, səliqəli, müasir şəhərdir. Bakının İçərişəhər tərəfində də olduq. Bununla da gördük ki, Bakı qədimliyi və müasirliyi özündə cəmləşdirib. Bakı qədim ənənəni qorumaqla qədimliyin müasirliyə necə çevrilə biləcəyini bizə göstərən şəhərdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti