...

46 nömrəli xətt üzrə avtobuslar yenilənib (FOTO)

Cəmiyyət Materials 6 İyul 2019 16:09 (UTC +04:00)
Paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi istiqamətində işlər davam etdirilir.
46 nömrəli xətt üzrə avtobuslar yenilənib (FOTO)

Bakı. Samir Əli - Trend:

Paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən yaradılan düzgün və şəffaf iş sistemi nəticəsində ötən dövrdə daşıyıcılar tərəfindən 200 ədədə yaxın müasir avtobus gətirilərək istismara verilib.

BNA-dan Trend-ə verilən məlumata görə, sərnişindaşıma sahəsində sahibkarlar üçün yaradılan imkanlardan istifadə edərək "Vətən.AZ-Trans" MMC tərəfindən də yeni sərnişin avtobusları gətirilib. Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 saylı qərarı ilə təsdiq olunan tələblərə uyğun olan avtobuslar 07.07.2019-cu il tarixindən 46 nömrəli müntəzəm marşrut üzrə istismara veriləcək. Qarşıdakı aylarda 46 saylı xətt üzrə gediş haqqı ödənişi nağdsız qaydada BakıKart vasitəsi ilə aparılacaq. Artıq bununla bağlı müvafiq işlər görülür.

"İsuzu Citibus" markalı avtobuslar "Avro 5" standartlarına cavab verməklə yanaşı, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir. Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.

Qeyd edək ki, avtobus parkının yenilənməsi işləri çərçivəsində ölkə başçısının müvafiq sərəncamına əsasən paytaxta 300 nəqliyyat vasitəsi gətiriləcək. Avtobusların ilk hissəsinin avqust ayında gətirilməsi nəzərdə tutulub. Gətirilən avtobusların 20 ədədi 18 metrlik olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti