...

Antalyada nə qədər azərbaycanlı yaşayır?

Cəmiyyət Materials 19 İyul 2019 14:24 (UTC +04:00)
2018-ci ilin yekunlarına əsasən, Türkiyənin Antalya şəhərində 4 min azərbaycanlı yaşayıb
Antalyada nə qədər azərbaycanlı yaşayır?

Bakı. Rufiz Hafizoğlu - Trend:

2018-ci ilin yekunlarına əsasən, Türkiyənin Antalya şəhərində 4 min azərbaycanlı yaşayıb.

Trend-in məlumatına görə, eyni zamanda bu bölgədə 5,7 min Qazaxıstan, 5,6 min Qırğızıstan, 2,1 min Türkmənistan və 2,1 min Özbəkistan vətəndaşı yaşayır.

Türkiyə Statistika İnstitutunun hesabatında qeyd olunur ki, Antalyada yaşayan əcnəbilərin sayı ümumilikdə 75 mindən çoxdur. Bu siyahıda isə 114,4 min nəfərlə Rusiya liderlik edir.

Ümumilikdə, 2018-ci ildə Antalyanın əhalisi 2, 426 milyon nəfər təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti