...

Qubada kafedə bıçaqlanan şəxs xəstəxanaya aparılarkən yolda öldü

Cəmiyyət Materials 23 İyul 2019 13:51 (UTC +04:00)
Qubada qətl hadisəsi baş verib
Qubada kafedə bıçaqlanan şəxs xəstəxanaya aparılarkən yolda öldü

Bakı. Elçin Mehdiyev - Trend:

Qubada qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 22-də saat 23 radələrində Quba rayonunun Aşağı-Atuc kəndi ərazisindəki kafelərdən birinin qarşısından Aşağı-Xuc kənd sakini Babək Şükürov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb.

Quba RPŞ və rayon prokurorluğu əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş C.Əhmədxanov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti