...

Diqqət! Paytaxtın bu yolunda rənglənmə işləri aparılacaq

Cəmiyyət Materials 2 Avqust 2019 17:20 (UTC +04:00)
Axşam saat 22 00-dan Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Diqqət! Paytaxtın bu yolunda rənglənmə işləri aparılacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 02-03 avqust tarixlərində axşam saat 22 00-dan Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə bildirilib.

Agentlik bu səbəbdən sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti