...

"Sağlam Ailə” Tibb Mərkəzi “Səyyar Müayinə” aksiyası keçirir (FOTO)

Cəmiyyət Materials 22 Avqust 2019 15:10 (UTC +04:00)
Aksiyalar çərçivəsində 12 000-dən çox vətəndaş müraciəti qeydə alınıb.
"Sağlam  Ailə” Tibb Mərkəzi “Səyyar Müayinə” aksiyası keçirir (FOTO)

Bakı. Trend:

"Sağlam Ailə” Tibb Mərkəzi əhalinin sağlamlığının qorunması məqsədilə mütəmadi olaraq sosial layihələr həyata keçirir. Belə layihələrdən biri də “Səyyar Müayinə” aksiyasıdır.

“Sağlam Ailə” Tibb Mərkəzi əhalinin sağlamlığının qorunması məqsədilə mütəmadi olaraq sosial layihələr həyata keçirir. Belə layihələrdən biri də “Səyyar Müayinə” aksiyasıdır.

Aksiyanın keçirilməsində əsas məqsəd əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini, illərlə həkimə müraciət etməyən sakinlər müayinələrə cəlb etmək, habelə dövlət siyasətinin, xüsusən Heydər Əliyev Fondunun xeyirxah missiyasının davamı olaraq aztəminatlı və ehtiyacı olan vətəndaşlar üçün pulsuz müayinələrin həyata keçirilməsini təşkil etməkdir.

Aksiyalar çərçivəsində “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi”nin dəstəyi ilə Sabirabad, “ASAN XİDMƏT” ilə Lahıc, Göygöl, Ucar, Ağsu, Neftçala, Qazax, Lənkəran, Qobustan, Füzuli, Cocuqmərcanlı, Qusar, Zaqatala, Şəki, Şəmkir, Masazır, Xırdalan, Sumqayıt rayon və şəhərlərində, “Sabunçu” və “Xəzər” Rayon İcra Hakimiyyəti ilə birgə Pirəkəşkül, Qala, Mərdəkan, Şağan, Buzovna, Binə, Bakıxanov, Kürdəxanı, Pirşağı, Zabrat, Sabunçu, Balaxanı, Ramana, Bilgəh, Nardaran və Maştağa qəsəbələrində keçirilən müayinədə 12 000-dən çox vətəndaş müraciəti qeydə alınıb. Vətəndaşlar terapevt, kardioloq, ginekoloq, dermatoloq, uroloq, pediatr, oftalmoloq, endokrinoloq USM, EKQ və qanda şəkərin təyini müayinələrindən yararlanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti