...

İnsan orqanizminə daxil olaraq orada yaşayan çoxsaylı parazit növləri mövcuddur (FOTO)

Cəmiyyət Materials 26 Avqust 2019 11:50 (UTC +04:00)
İnsan orqanizminə daxil olaraq orada yaşayan çoxsaylı parazit növləri mövcuddur.
İnsan orqanizminə daxil olaraq orada yaşayan çoxsaylı parazit növləri mövcuddur (FOTO)

BaKI. Trend:

İnsan orqanizminə daxil olaraq orada yaşayan çoxsaylı parazit növləri mövcuddur. Qurd xəstəliyi istər böyüklərdə, istərsə də uşaqlarda rast gəlinən problemdir. Uşaqlar əsasən 3-12 yaşlarında bu xəstəliyə yoluxurlar.

Qurd xəstəliklərinə yoluxma yolları. Əsasən ağız yolu ilə yoluxan bu xəstəlikdə əllərin gigiyenası, dırnaqların təmizliyi, meyvə-tərəvəzin yuyulduqdan sonra qəbul edilməsi çox diqqət tələb edən nüanslardır. Uşaqların orqanizmində eyni zamanda, bir neçə növ helmintlər (qurdlar) parazitlik edə bilir.

Qurd xəstəliklərinin əlamətləri. Bu parazitlər uşaqların immunitetinin zəifləməsinə (uşaq demək olar ki, xəstəlikdən çıxmır, virus infeksiyalarına tez-tez yoluxur, badamcıqları böyüyür), allergiyalara (uşaqda naməlum səbəbdən dəridə müxtəlif tipli allergik səpkilər müşahidə olunur), mədə-bağırsaq pozğunluqlarına (uşaqda qarın nahiyəsində sancıların olması, ishal, qəbizlik, ürəkbulanma, ağızdan xoşagəlməz qoxu, iştahasızlıq, bəzi hallarda isə iştahanın artması da müşahidə olunur) və sinir sistemi pozğunluqlarına (orqanizmə qurdların daxil olması zamanı sinir sistemi tərəfindən dəyişikliklər baş verir: uşaq əsəbi, ağlağan və qıcıqlı olur, məktəbdə davamiyyəti pozulur, yuxu pozğunluğu, baş ağrıları qeyd olunur) səbəb olur.

Qurd xəstəliklərinin fəsadları. Praktiki olaraq bütün orqan və toxumaları zədələyən bu parazitlər uşaq orqanizminin fiziki və əqli inkişafını da ləngidir. Qurd xəstəliyi düzgün müalicə olunmadıqda xroniki hala keçir. Orqanizmdə olan yumurtalar təmizlənmədikdə onlar yenidən aktivləşir və qurd çoxala bilir.

Qurd xəstəliklərinin fərqli əlamətləri.Orqanizmdə çoxalan qurdların nematodozlar, enterobioz, askaridoz adlanan növləri var ki, bunların da hər birinin özünəməxsus əlamətləri var. Enterebiozlar gecə vaxtı anus nahiyəsində qaşınma ilə müşahidə olunur. Enterobioz adlanan qurd immun sistemini kəskin şəkildə zədələdiyi üçün təhlükəli hesab edilir. Bizquyruqlar bağırsaq və sidik kanalı iltihabını törədə bilirlər. Hətta appendiks çıxıntısına daxil olmaqla onlar appendisitə də səbəb ola bilərlər. Bəzi hallarda anus ətrafındakı qaşınma o qədər güclü olur ki, uşaq axşamlar çox pis yatır, tez-tez hirsli və qıcıqlanmış ayılır. Bu zaman uşaqlar ürəkbulanmadan şikayət edir, onların iştahaları azalır, baş ağrısı və qarın nahiyəsində ağrılar qeyd olunur.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.

Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət göstərən *7700 – təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.
Sifariş üçün +99455 355 77 00 (whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz. Çatdırılma ÖDƏNİŞSİZDİR.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti