...

Müəllimlərin işə qəbulu üzrə müsahibənin nəticələri açıqlanıb

Cəmiyyət Materials 29 Avqust 2019 09:53 (UTC +04:00)
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan edilib.
Müəllimlərin işə qəbulu üzrə müsahibənin nəticələri açıqlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan edilib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Təsviri incəsənət və musiqi fənləri üzrə müsahibə mərhələsində iştirak hüququ qazanan qeyri-pedaqoji ixtisaslı namizədlər tutduqları vakant yerə müddətli müqavilə əsasında işə qəbul olunublar.

Müsabiqədə uğur qazanmış şəxslər sentyabrın 6-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti