...

Sabahın hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 29 Sentyabr 2019 12:57 (UTC +04:00)
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb

Bakı. Trend:

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 21-25° isti, Bakıda gecə 17-19° isti, gündüz 23-25° isti təşkil edəcək.

Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti