...

Deputat: Şərq-Qərb qovşağında yerləşən Azərbaycan tolerantlıq, beynəlxalq tədbirlərin keçirildiyi məkandır

Cəmiyyət Materials 14 Oktyabr 2019 15:36 (UTC +04:00)
Şərq-Qərb qovşağında yerləşən Azərbaycan tolerantlıq, beynəlxalq tədbirlərin keçirildiyi məkandır.
Deputat: Şərq-Qərb qovşağında yerləşən Azərbaycan tolerantlıq, beynəlxalq tədbirlərin keçirildiyi məkandır

Bakı. Elçin Mehdiyev - Trend:

Şərq-Qərb qovşağında yerləşən Azərbaycan tolerantlıq, beynəlxalq tədbirlərin keçirildiyi məkandır.

Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov “Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” Bakı Beynəlxalq media konfransında deyib.

O qeyd edib ki, son dövrlər sosial medianın imkanlarının artması ilə media azadlıqları da artır: “Neqativ hallar da nəzərdən yayınmamalıdır. Bu isə qarşılıqlı əməkdaşlığımızın dərinləşməsindən asılıdır. Söz və mətbuat azadlığı kimi fundamental dəyərlərdən sui-istifadə belə hallara qarşı birgə çıxmağı tələb edir”.

Ə.Amaşov vurğulayıb ki, Azərbaycan ikili standartlarla üzləşir: “Dünyada qeyri-obyektivliyin, qərəzin şahidi oluruq. İnanırıq ki, bu konfrans belə hallara qarşı çıxan platforma kimi özünü təsdiqləyəcək. Əminəm ki, bu formatda torlantımız davam edəcək, aparıcı media nümayəndələrini öz sıralarında birləşdirəcək. İnanıram ki, bu konfrans dünyaya mesaj verən tribuna kimi özünü təsdiqləyəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti