...

Bakıda iki avtomobil toqquşub, yaralananlar var

Cəmiyyət Materials 16 Noyabr 2019 20:17 (UTC +04:00)
Bakıda ağır yol qəzası baş verib
Bakıda iki avtomobil toqquşub, yaralananlar var

Bakı. Samir Əli - Trend:

Bakıda ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə Heydər Əliyev prospektində baş verib. Prospektlə hərəkətdə olan iki minik avtomobili toqquşub.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə barədə məlumat təcili yardıma saat 18:34-də daxil olub. Qəza nəticəsində xəsarət alan 27 yaşlı kişi başın kəsilmiş yarası, qapalı kəllə beyin travması, 22 yaşlı qadın qarnın küt travması, daxili qanaxma ehtimalı, 27 yaşlı qız müştərək travma diaqnozu ilə KTM-ə aparılıblar.

Qəza nəticəsində yüngül xəsarət alan 32 yaşlı qıza yerində yardım göstərilib. Hospitalizasiyadan imtina edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti