...

Bakıda bu marşrutun hərəkət istiqaməti dəyişdirilib

Cəmiyyət Materials 24 Noyabr 2019 20:27 (UTC +04:00)
Bakıda 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun hərəkət sxemi dəyişdirilib
Bakıda bu marşrutun hərəkət istiqaməti dəyişdirilib

Bakı. Samir Əli - Trend:

Bakıda 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun hərəkət sxemi dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, baş vermiş sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırıldığından 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun hərəkət sxemi də dəyişdirilib.

Bu xətt üzrə avtobuslar digər avtomobillərlə yanaşı köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru hərəkət edəcək.

Dəyişiklik ərazidə təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti