“Əlilliyi olan şəxslər iş dünyasında” adlı tədbir keçirilir (FOTO)

“Əlilliyi olan şəxslər iş dünyasında” adlı tədbir keçirilir (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BP-“British Council”in birgə həyata keçirdiyi “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” çərçivəsində nazirliyin, işəgötürənlərin, o cümlədən biznes strukturlarının, digər maraqlı tərəflərin nümayəndələrinin, əlilliyi olan şəxslərin iştirakı ilə “Əlilliyi olan şəxslər iş dünyasında” adlı tədbir keçirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə “British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Samr Şah təşkilatın həssas qruplarla bağlı layihələrini qeyd edib, əlilliyi olan şəxslərin məşğulluq imkanlarının dəstəklənməsinin diqqətdə saxlanan iş istiqamətlərindən olduğunu bildirib. Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp BP-“British Council”in sosial önəm kəsb edən layihələrindən bəhs edib, o cümlədən “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı”nın önəmini diqqətə çatdırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov əlilliyi olan şəxslərlə bağlı milli qanunvericiliyin BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına və mütərəqqi beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə aparılan işləri diqqətə çatdırıb, ötən ilin may ayında “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun qəbul edildiyini deyib. Yeni qanunun qəbulu ilə əlaqədar hazırlanan müvafiq layihələri, əlilliyin müəyyən olunması sahəsində yeni meyarları, yeni “Reabilitasiya Konsepsiyası” sənədinin layihəsinin hazırlanmaqda olduğunu, Almaniyanın Bədbəxt Hadisələrdən Sığorta Agentliyi ilə bu istiqamətdə əməkdaşlıq həyata keçirildiyini deyib. Həmçinin “İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması Qaydası” layihəsinin hazırlandığını bildirib.

Nazir müavini əlillik və tibbi-sosial reabilitasiya sahəsində aparılan islahatlardan bəhs edib. O, əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması sahəsində də məqsədyönlü işlərin aparıldığını vurğulayıb. Bildirib ki, 2019-2030-cu illər üçün Məşğulluq Strategiyasında əlilliyi olan şəxslərə xüsusi məşğulluq xidmətlərinin təqdim edilməsi üçün müvafiq infrastrukturun yaradılması və peşə reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur. Nazirlik və BMT-nin İnkişaf Proqramının birgə layihəsi çərçivəsində 500 nəfər əlilliyi olan şəxsin dayanıqlı biznes qurmaları üçün işlər aparılır.

A.Kərimov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BP-“British Council”in birgə həyata keçirdiyi “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı”nın həmin şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi sahəsində əhəmiyyətindən bəhs edib.

Sonra “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması layihəsi” təqdim edilib. Qeyd edilib ki, bu layihənin əsas məqsədi əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası, onların məşğulluğunun, peşə və sosial reabilitasiyasının təmin edilməsindən ibarətdir. Layihə üzrə ötən il 100 nəfər əlilliyi olan şəxsə ingilis dili, kompüter, sosial bacarıqlar və xüsusi iş sahələri üzrə təlimlər keçirilib, sonda əmək yarmarkası təşkil olunub. Cari ildə də daha 100 nəfər əlilliyi olan şəxs layihəyə cəlb olunub.

Layihənin uğurlu icrasını təmin etmək məqsədi ilə Azərbaycana dəvət olunan Böyük Britaniya eksperti Mark Qrey əlilliyi olan şəxslərin məşğulluğunun təminatı sahəsində Birləşmiş Krallığın təcrübələri barədə məlumat verib.

Tədbirdə həmçinin BP-nin əlilliyi olan şəxslərin işə götürülməsi haqqında təcrübələri, təcrübə (Internship) proqramı barədə təqdimatın edilməsi, əlilliyi olan şəxslərin uğur hekayələrini bölüşməsi, əlilliyi olan şəxslərin məşğulluğunun təminatına, onların bacarıq və qabiliyyətlərindən istifadəyə işəgötürənlərin diqqətinin artırılması ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulub.

Qarabağda lüks hotellərin tikintisi gündəmdədir - Assosiasiya
Qarabağda lüks hotellərin tikintisi gündəmdədir - Assosiasiya
Monteneqro sərhədlərini bağlamağı planlaşdırmır
Monteneqro sərhədlərini bağlamağı planlaşdırmır
Azərbaycan və Gürcüstan turizm sahəsində böyük potensiala malikdir - Səfir
Azərbaycan və Gürcüstan turizm sahəsində böyük potensiala malikdir - Səfir
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyev: O vaxt müdafiə naziri söz vermişdi, əgər Şuşa əldən getsə, öz başına güllə çaxacaq
Azərbaycan Prezidenti: Dünya erməniliyinin əsas hədəfi Heydər Əliyev idi
Azərbaycan Prezidenti: Ovaxtkı xunta başçısı Sarkisyan acı məğlubiyyətdən sonra mənə torpaqları qaytarmaq sözü vermişdi
Yasamalda bir ailənin üzvlərinə odlu silahdan atəş açan şəxs saxlanıldı (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Müharibənin getdiyi dövrdə göstəriş vermişdim ki, nömrələr yığılsın
Prezident İlham Əliyev: Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun gücünü görəcək
Azərbaycan Prezidenti: Biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq
Prezident İlham Əliyev: Haradandır “İsgəndər-M” raketləri Ermənistan ordusunda?
Yelo Bank tələbələrə karyera imkanları yaratmağa davam edir
“Nar” paytaxt və regionlarda yenilənmiş xidmət mərkəzlərini təqdim edir (FOTO)
Arvadını öldürən şəxsin işi məhkəməyə göndərildi
Ceyhun Bayramov İtaliya Senatının Komissiya sədri ilə görüşüb (FOTO)
Parisdə xəstəxana yaxınlığında atışma olub - Ölən var
Azərbaycanla İtaliya arasında əməkdaşlığın inkişafı müzakirə olunub
“Mozalan” efirə qayıdır (VİDEO)
Revanşist iddialar Ermənistanı məhvə apara bilər - Deputat
"Ziraat Bank" Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqlayıb
Kürdəmirin sabiq icra başçısının həbs müddəti uzadıldı
Neftçalanın 14 kəndi içməli su ilə təmin edilir - "Azərsu"
DİN Neftçalada 16 yaşlı əqli zəif qızla bağlı yayılan ittihamlara cavab verdi
AzMİU-da vaksinasiya prosesi uğurla davam edir
Özünüməşğulluq proqramında yeni sahə - BARAMAÇILIQ
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda 1 151 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib
Daha 70-ə yaxın jurnalist vaksinasiya olundu
Cəlilabadın sabiq icra başçısının həbs müddəti uzadıldı
Şəmkirdə tanışını qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Azərbaycanda postmüharibə dövrü üçün əhatəli sosial dəstək proqramı hazırlanıb - Səttar Möhbalıyev
Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanının nəticələri elan olunub
Rusiyada fabrik yanır - Ölən və yaralananlar var
Yanvar-mart aylarında qeyri-neft məhsullarının ixracı 501,6 milyon dollar təşkil edib - Nazir
Xaçmazın icra başçısı topçu Vüsalı evində ziyarət etdi (FOTO)
Əlilliyi olan 2 731 şəxsə 11 212 reabilitasiya vasitəsi verilib
Oğuzda reyd: Piyada və sürücülərə xəbərdarlıq edildi (FOTO)
Millət vəkili Sevil Mikayılova növbəti dəfə Xaçmazda seçicilərilə görüşüb (FOTO)
Ağdaşda çay hövzəsini çirkləndirən bələdiyyə sədrinə təmizlik üçün məcburi göstəriş verildi
Dünya əhalisinin yalnız 5 faizdən çoxu peyvəndlənib - "Bloomberg"
Türkiyədə turizm sektorunda çalışanlar vaksinasiya olunub
Abşeronda karantin rejimini pozaraq fəaliyyət göstərən çay evləri aşkarlanıb (FOTO/VİDEO)
Heydər Əliyev Beynəlxalq Aeroportu COVID-19-a qarşı təhlükəsizlik tədbirləri üzrə ən yüksək reytinqə layiq görülüb
Buraxılış imtahanı verəcək şagirdlərin NƏZƏRİNƏ!
Metro qatarlarının baxış-təmir sahələrində daha bir yenilik tətbiq edilir (FOTO)
Macarıstan TV-ləri ilə AzTV-nin əməkdaşlığı genişləndirilir - Göstəriş verilib
Mənzil İnşaatı Dövlət Agentliyi 5 ildir vətəndaşlara xidmət edir (FOTO)
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Hərbi Qənimətlər Parkı: Gələcək nəsillərə örnək, düşmənə əbədi gözdağı – Trend TV-nin REPORTAJI
Bakının məşhur prospekti "8 Noyabr" adlandırılır
Cəlilabadda toy mərasimi keçirənlər cərimələnib
Balaxanı Sənaye Parkında yeni müəssisələr yaradılır - Sərəncam
Almaniya və Nepaldan quş ətinin idxalına qadağa qoyulub
Füzulidə “Araz” qəzetinin binası bərpa ediləcək (FOTO)
Azərbaycan-Türkiyə media platforması Türk dövlətlərinin media əməkdaşlığı üçün əsas götürülə bilər
Bu müharibədə Azərbaycan xalqı əsl qəhrəmanlıq göstərdi - Deputat
Azərbaycan Ordusunda raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri başlayıb (FOTO/VİDEO)
BVF Azərbaycan üçün neftin fiskal itkisiz qiymətini açıqlayıb
Minaya düşüb ömürlük şikəst olanlar - Düşmən terroru davam edir - Trend TV-nin REPORTAJI
Şəhid ailələri ilə görüşlər keçirilib (FOTO)
İranda ötən sutka 23 min nəfər koronavirusa yoluxub, 274 nəfər ölüb
Ermənistanda süd məhsulları tamamilə saxtalaşdırılır - Rəsmi
Aleksandr Lukaşenko sabah Azərbaycana gəlir
Sabah arabir yağış yağacaq, 24 dərəcəyədək isti olacaq
Sabunçuda nişan mərasimi dayandırılıb, 20 nəfər cərimələnib (VİDEO)
Azərbaycan mart ayında “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib
Cəlilabad və Masallıda koronavirus xəstələri saxlanılıb
Bərdədə yol polisi reyd keçirib (FOTO)
Gürcüstan parlamentində Qarabağla bağlı müzakirələr keçirilir
"Xanoba" gömrük postunun buraxılış qabiliyyəti artırılır (FOTO/VİDEO)
Balakəndə narkotik istixanası aşkarlandı (FOTO)
DYP Sumqayıtda reyd keçirib (FOTO/VİDEO)
Baş pediatr koronavirusla bağlı valideynlərə müraciət etdi
Qayınatasının yasına gedən koronavirus xəstəsi saxlanıldı (VİDEO)
Vətən müharibəsi şəhidinin adı əbədiləşdirilib (FOTO)
Uşaqlar koronavirusu daha yüngül keçirir - Baş pediatr
BTQ ilə yük daşımaları 50 faiz artıb
Bərdədə canavar sürüsü kəndə girərək təsərrüfata hücum çəkib (VİDEO)
FHN Xəzərdə reyd keçirdi, 3 gəmi istifadəçisi məsuliyyətə cəlb olundu (FOTO/VİDEO)
Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib (YENİLƏNİB - 1) (FOTO/VİDEO)
Fəzail İbrahimli “Şöhrət” ordeni ilə təltif edilib
Azərbaycanla Ukrayna aqrar sahədə əməkdaşlığı genişləndirir
Şamaxıda toy sahibi və qonaqlar cərimələndi
Qaradağda daş karxanasında faciə, usta öldü
Bərdədə ad günü keçirənlər cərimələndi
BVF Azərbaycanın valyuta ehtiyatları ilə bağlı proqnozlarını açıqlayıb
Dövlət Neft Şirkətinin Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Saatlıda yas mərasimi aşkarlanıb
Gəncədə küçə və prospektlər dezinfeksiya edilib (FOTO)
Mərkəzi Bank yeni əsginaslarla bağlı problemi aradan qaldırmaq üçün tapşırıq verib
Zədələnmiş pulları dəyişdirmək üçün ofis yaradılıb
İmişlidə toy məclisi aşkarlandı, 2 nəfər cərimələndi
MTRŞ üzvü ürək tutmasından vəfat edib
Xəzər İcra Hakimiyyətinin həbsdə olan baş memarının işi məhkəməyə göndərildi
Dövlət Xidməti sahibkarlara tenderlərlə bağlı müraciət edib
Pensiyaların ödənilməsi ayın 15-də tam yekunlaşacaq
Milli Konservatoriyada koronavirusa görə əyani dərslər dayandırılıb
Rabitəbankda illik 15% ilə nağd pul kreditinə yaşıl işıq!
Hacıqabulda toy məclisinin qarşısı alınıb
Özbəkistan “ASAN xidmət” modelini öyrənir (FOTO)
Ötən gün ölkə ərazisində 21 yanğın olub, 3 nəfər xiulas edilib
Ceyhan terminalından yola salınan AÇG neftinin həcmi açıqlanıb
Vətən müharibəsində iştirak edən həkim koronavirusdan vəfat edib
Bütün xəbərlər