...

“UNEC Tələbə Teatrı” Türkiyədə səhnəyə çıxacaq (FOTO)

Cəmiyyət Materials 4 Dekabr 2019 19:20 (UTC +04:00)
“Nəsimi ili”nə Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) maraqlı töhfə var.
“UNEC Tələbə Teatrı” Türkiyədə səhnəyə çıxacaq (FOTO)

Bakı. Trend:

“Nəsimi ili”nə Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) maraqlı töhfə var.

UNEC-dən Trend-ə verilən məlumata görə, Azərbaycanın dünya şöhrətli şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi münasibətilə UNEC Yaradıcılıq Mərkəzi “Nəsimi” tamaşasını hazırlayıb. “UNEC Tələbə Teatrı”nın səhnələşdirdiyi tamaşa dahi şair-filosofun həyat və yaradıcılığını müxtəlif baxışlardan əks etdirir.

UNEC-in və Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin təşəbbüsü və dəstəyi ilə “Nəsimi” tamaşası sözügedən ölkədə nümayiş etdiriləcək. Tamaşa dekabrın 10-da Ankara şəhərində, Neşet Ertaş Sənət və Nümayiş Mərkəzində təqdim olunacaq.

Qeyd edək ki, hazırda tamaşanın son məşqləri gedir. Tamaşada 13 tələbə-aktyor rol alıb. Ümumilikdə UNEC-in 18 nəfərdən ibarət heyəti dekabrın 9-da Türkiyəyə yola düşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti