...

Özəl ekspertlər verdikləri rəyə görə məsuliyyət daşıyacaqlar

Cəmiyyət Materials 20 Dekabr 2019 11:14 (UTC +04:00)
Özəl ekspertlər verdikləri rəyə görə məsuliyyət daşıyırlar.
Özəl ekspertlər verdikləri rəyə görə məsuliyyət daşıyacaqlar

Bakı. Samir Əli - Trend:

Özəl ekspertlər də verdikləri rəyə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyi Məhkəmə-ekspertiza Mərkəzinin rəisi Fuad Cavadov deyib.

O bildirib ki, ekspertiza ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün müddəalar özəl ekspertiza sahəsinə də aiddir.

"Həmçinin, özəl ekspertlərin də səlahiyyətləri çərçivəsində həyata keçirdikləri ekspertiza ilə bağlı qanunda nəzərdə tutulmuş hüquqları ilə yanaşı məsuliyyətləri də var".

Onun sözlərinə görə, dövlət, yaxud özəl ekspertiza təyin etmək hüququ müraciət edən şəxsin özü tərəfindən müəyyən edilə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti