...

Rumıniya səfiri BDU-da olub (FOTO)

Cəmiyyət Materials 20 Dekabr 2019 20:04 (UTC +04:00)
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku ilə görüşüb.
Rumıniya səfiri BDU-da olub (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku ilə görüşüb.

BDU-dan Trend-ə verilən məlumata görə, qonağı salamlayan rektor onu Universitetdə görməkdən məmnun olduğunu bildirib. E.Babayev Rumıniya universitetləri ilə əlaqələrdən bəhs edib, elm və təhsil sahəsində əməkdaşlığın perspektiv inkişafına xüsusi önəm verdiyini vurğulayıb, 28-29 may 2019-cu il tarixlərində Buxarest şəhərində Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans barədə danışıb.

Səmimi qəbula görə təşəkkür edən səfir Dan İanku BDU ilə Rumıniya universitetləri arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib, müvafiq ali təhsil müəssisələri ilə əlaqələrin daha da inkişafında maraqlı olduğunu bildirib.

Görüşdə tələbə-müəllim mübadiləsi, Rumıniyada fəaliyyət göstərən elmi-tədqiqat institutları ilə birgə laboratoriyaların təşkili, müştərək konfrans və simpoziumların keçirilməsi, tədqiqatların aparılması, təqaüd və təcrübə proqramları, təlim və layihələr, “ikili diplom”ların verilməsi üzrə əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb, rumın milli günləri ilə əlaqədar festivalların, o cümlədən sərgilərin keçirilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti