...

"Prezident İlham Əliyevin BDU-nun 100 illik yubileyindəki nitqi və qarşıda duran vəzifələrimiz" mövzusunda məruzə dinlənilib (FOTO)

Cəmiyyət Materials 24 Dekabr 2019 20:27 (UTC +04:00)

Bakı. Trend:

Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinə həsr olunan ikinci mühazirə keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan rektor Elçin Babayev növbəti məruzənin Prezident İlham Əliyevin BDU-nun 100 illik yubiley tədbirindəki çıxışına həsr olunduğunu bildirib. Qeyd edib ki, dövlət başçısının təntənəli yubiley mərasimindəki əhatəli və təsirli nitqi proqram xarakterli sənəd, ilk növbədə, öz həyatını gənc nəslin təlim-tərbiyəsinə həsr edən müəllimlərə və Azərbaycanın gələcəyi üçün cavabdeh olan tələbə gənclərə ünvanlanmış aktual bir mühazirədir.

Sonra BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubiley mərasimindəki nitqi və qarşıda duran vəzifələrimiz” mövzusunda mühazirə ilə çıxış edib. Bildirib ki, dövlət başçısı yubiley tədbirindəki çıxışında xalqımızın keşməkeşli tarixi, müəllim-tələbə münasibətləri, Avropaya inteqrasiya məsələsinin mahiyyəti, gənclərin əxlaqi və hərbi-vətənpərvərlik tərbiyəsi kimi aktual məsələlərdən bəhs edib. Bir qədər geniş düşünsək, dövlət başçısının əslində bütün Azərbaycan vətəndaşlarına açıq müraciəti olan bu nitqdən hər birimiz nəticə çıxarmalı, özümüzün gündəlik və gələcək fəaliyyətimizdə əsas götürməliyik. K.Aslan Prezidentin nitqindən irəli gələn vəzifələrlə bağlı bəzi mühüm məqamlara toxunaraq, artıq bu istiqamətdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xüsusi tədbirlər planı hazırladığını, BDU-nun da bununla bağlı konkret iş planı üzərində işlədiyini bildirib, bir sıra təkliflər irəli sürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti