...

Qida Təhlükəsizliyi İnstitutu resepşn vəzifəsinə işə qəbul elan edir

Cəmiyyət Materials 28 Dekabr 2019 14:43 (UTC +04:00)
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu qeydiyyatçı (resepşn) vəzifəsinə işə qəbul elan edir.
Qida Təhlükəsizliyi İnstitutu resepşn vəzifəsinə işə qəbul elan edir

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qeydiyyatçı (resepşn) vəzifəsinə işə qəbul elan edir.

Trend-in məlumatına görə, vəzifə və öhdəliklər bunlardır:

- Gələn vətəndaşların dinlənilməsi, məlumatlandırılması, aidiyyəti şöbə ilə əlaqələndirilməsi;
- Gələn qonaqların qarşılanması və yola salınması;
- Daxil olan korrespondensiyanın qəbul edilməsi;
- Kənar şəxslərin inzibati binaya daxil olmasının qarşısının alınması üçün tədbirlər görmək, giriş zamanı onlardan sənəd tələb etmək, qeydiyyatını təşkil etmək;
- Telefon zənglərini qəbul etmək və aidiyyəti üzrə cavablandırmaq.

Namizədə tələblər:
- Yaş həddi: 35 yaşadək;
- Kompüterdə işləmək bacarığı (ofis proqramları və s.);
- Ünsiyyətcil və komanda ruhlu;
- Detallara diqqətlilik, səliqə və peşəkarlıq;
- Əməyin təşkilinin əsasları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydaları ilə bağlı biliklərə malik olmalı;
- Ali təhsilli;
- Təcrübəyə dair tələb: müvafiq vəzifədə 1 ilədək iş təcrübəsi;
- Azərbaycan dilini səlis bilməli (Rus və ya ingilis dili arzuolunandır).

Şərtlər:
- Tam iş günü, iş qrafiki 09.00-dan 18.00-dək. Bazar ertəsi - cümə - həftənin 5 günü.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “AQTİ resepşn” yazaraq, 30.01.2019 tarixinə qədər [email protected] ünvanına göndərmələri xahiş olunur. Əks halda, göstərilən vakansiya üzrə müraciətlər nəzərə alınmayacaq. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti