...

Şəmkirdə istixana və qazanxana yandı

Cəmiyyət Materials 16 Yanvar 2020 09:51 (UTC +04:00)
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Şəmkirdə istixana və qazanxana yandı

Bakı. Trend:

Şəmkir rayonunun Dəllər Cəyir kəndində ümumi sahəsi 1400 m² olan istixanada yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata əsasən, istixananın polietilen üzlüyü 30 m² sahədə, yaxınlıqda, ümumi sahəsi 10 m² olan qazanxana və tutumu 3 ton olan yağ çəni yanıb.

İstixananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti