...

"Zivella"nın London mağazası açıldı (FOTO)

Cəmiyyət Materials 20 Yanvar 2020 13:54 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycandan sonra xaricdə ikinci mağazasını İngiltərədə açan "Zivella" böyüməkdə davam edir. "Zivella" London mağazasında gözləmə sahələri başda olmaqla yeni nəsil iş mühiti üçün həllər təqdim edir.

Yeni nəsil iş mühiti, gözləmə sahələri və məkanların dəyişən ehtiyaclarına uyğun həllər təqdim edən "Zivella" xarici yatırımlarına davam edir. Bakı mağazası və dünyanın müxtəlif ölkələrindəki (BƏƏ, Belçika, Fas, Niderland, İsveç, Lüksemburq, Misir, Səudiyyə Ərəbistanı) təmsilçiliklərinə London mağazasını da əlavə edən "Zivella" 400 kvadratmetr sahədə fərqli sektorlara yönəlik dizaynlarını ziyarətçiləri ilə görüşdürür.

Londonda açdıqları mağaza və xarici yatırımları ilə əlaqədar olaraq "Zivella" İdarə Heyətinin Sədri Abdurrahman Uzun “Ölkə daxilində Ankara, Antaliya, İstanbul, Konya və Rizədə, ölkə xaricində isə Bakıda yer alan mağazalarımız xaricdə səkkiz ölkədə olan təmsilçiliklərimiz vasitəsilə dizaynlarımzı müştərilərimizlə görüşdürürük. 2020-ci il hədəflərimiz içərisində London mağazamızı açmaq var idi. Bu hədəfimizi həyata keçirmək bizi məmnun edir. 2020-ci ildə ixracatı 40% artırmağı və 2021-ci ildə xaricdəki mağazalarımıza daha birini əlavə etməyi hədəfləyirik” - dedi.

Ətraflı məlumat: www.zivella.com

"Zivella" haqqında: "Zivella"nın dizayn səyahəti ofislər, yeni nəsil iş sahələri və məkanların dəyişən ehtiyaclarına, yenilikçi və insan yönümlü həllər təqdim etmək məqsədilə 1999-cu ildə işə başladı. İstanbulda yerləşən fabrikdə istehsal həyata keçirən "Zivella"nın ölkə daxilində Ankara, Antalya, İstanbul, Konya ve Rizədə, xaricdə isə Azərbaycanda və İngiltərədə ümumilikdə yeddi mağazası var. BƏƏ, Belçika, Mərakeş, Niderland, İsveç, Lüksemburq, Misir, Səudiyyə Ərəbistanında təmsilçilikləri olan "Zivella" 36 ölkəyə ixracat həyata keçirir. "Zivella" dünyaca məşhur dizaynerləri və 200 nəfərlik komandası ilə yaratdığı hər məhsulda estetik, keyfiyyət və xüsusi dizayn anlayışını daha üst səviyəyə keçirmək, var olduğu hər sahədə mükəmməlliyi saxlamaq üçün çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti