...

"Süfrə" jurnalının növbəti sayı işıq üzü görüb (FOTO)

Cəmiyyət Materials 21 Yanvar 2020 19:41 (UTC +04:00)
Qida təhlükəsizliyi və sağlam qidalanmanın təşviqi ilə bağlı istehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
"Süfrə" jurnalının növbəti sayı işıq üzü görüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyi və sağlam qidalanmanın təşviqi ilə bağlı istehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

AQTA-dan Trend-ə verilən məlumata görə, cəmiyyətimizdə gedən inkişaf, yeni tendensiyalar, qida təhlükəsizliyi ilə bağlı ciddi dəyişiklikləri qaçılmaz edir. Bu işdə ən vacib məqamlardan biri də istehsalçıların və istehlakçıların maarifləndirilməsidir.

Qida təhlükəsizliyi və qida sektoru ilə bağlı ən aktual məlumatları özündə əks etdirən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mətbu orqanı olan "Süfrə" elmi-kütləvi jurnalın növbəti nömrəsi çapdan çıxıb.

Nəfis tərtibatda və yüksək keyfiyyətlə çapdan çıxan "Süfrə" jurnalı geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Jurnalın təsis edilməsində əsas məqsəd əhalinin sağlam qidalanma, qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, həmçinin Azərbaycan əhalisinin təhlükəsiz qida ilə təmin olunması, bu istiqamətdə dövlət miqyasında həyata keçirilən tədbirlər barədə məlumatların ictimaiyyətə çatdırılmasıdır. Jurnal bir-birindən maraqlı rubrikalarla oxucuların görüşünə gəlib.

Belə ki, "Süfrə" jurnalının bu sayında qida mövzusunda müxtəlif oxucu kateqoriyası üçün maraqlı olan məlumatlar, qida təhlükəsizliyi ilə bağlı ölkəmizdə aparılan elmi araşdırmalar, qida məhsulları alarkən diqqət etməli olduğumuz məqamlarla bağlı maarifləndirici yazılar yer alıb.

Jurnalın əvvəlki nömrələrində olduğu kimi bu sayında da bir-birindən maraqlı müsahibələr yer alıb.

"Həkim sözü" rubrikasında peşəkar həkim-pediatr Nigar Sədiyevanın uşaqların düzgün qidalanması ilə bağlı geniş oxucu auditoriyası üçün maraqlı olacaq müsahibəsi dərc edilib. Eyni zamanda "Persona" rubrikasında Xalq artisti, tanınmış muğam ustası Mənsum İbrahimov sağlam qidalanma ilə bağlı sirlərini bölüşüb.

Bundan başqa jurnalın "Bələdçi" rubrikasında xəbərlər, yeniliklər, trendlər, eləcə də "Qida Akademiyası" rubrikasında "Palma yağı zərərlidirmi?", "Quru meyvələri alarkən bunlara diqqət!", "Brusellyoz təhlükəsi", "Yediyimiz qidalarda antibiotik təhlükəsi", "Genetik modifikasiya olunmuş orqanizmlər" başlıqlı məqalələr dərc olunub. Eyni zamanda "Gigiyena" rubrikasında "Xəngəlin qida normaları", "Lifehack" rubrikasında "Artıq qidanın saxlanma qaydaları", "Faydalı" rubrikasında "Dərdə dərman abqora", "Tarixdən" rubrikasında "Samovarda bişən yemək", "Qədim mətbəx" rubrikasında isə "Əsl Şəki pitisi" ilə bağlı maraqlı məqalələr yer alıb.

"Süfrə" jurnalını əldə etmək üçün 012-565-12-72 (daxili nömrə 553) telefon nömrəsi əlaqə saxlaya bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti