...

Bakıda “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” adlı konfrans keçiriləcək

Cəmiyyət Materials 22 Yanvar 2020 12:19 (UTC +04:00)
Tədbir Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əlaqələrin gücləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə keçiriləcək
Bakıda “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” adlı konfrans keçiriləcək

Bakı. Trend:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Moskva hökuməti və Rusiyanın TASS İnformasiya Agentliyinin dəstəyi ilə 2020-ci ilin 23-25 yanvar tarixində Bakıda “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” adlı konfrans keçiriləcək.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əlaqələrin gücləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə keçiriləcək tədbirdə hər iki ölkənin hökumət rəsmiləri, nazirlər, tanınmış rəhbər şəxslər və iş adamları, mədəniyyət, təhsil və elm xadimlərinin, o cümlədən KİV nümayəndələrinin iştirakı gözlənilir.

“Moskva-Bakı - Mədəniyyətlərin Dialoqu” adlı konfrans çərçivəsində “Mədəniyyətlərin dialoqu – xalqların dialoqunun əsası” mövzusunda dəyirmi masa, TASS İnformasiya Agentliyi və Azərbaycan Dövlət İnformasiya Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın Rusiyada və Rusiyanın Azərbaycanda yaşayan görkəmli şəxslərinin fotosərgisi, TASS İnformasiya Agentliyi baş direktorunun birinci müavini, Rusiya Federasiyasının əməkdar jurnalisti Mixail Qusmanın “Hakimiyyət formulu” və "Həyat formulu" adlı kitablarının təqdimatı və digər mədəni tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti