...

Türkiyədəki zəlzələ zonasından təxliyə edilən Azərbaycan vətəndaşları Bakıya gətirilib (YENİLƏNİB-3)

Cəmiyyət Materials 26 Yanvar 2020 16:51 (UTC +04:00)
Türkiyədə zəlzələ zonasından Naxçıvana təxliyyə edilən azərbaycanlı tələbələr Naxçıvandan təyyarə ilə Bakıya gətirilib
Türkiyədəki zəlzələ zonasından təxliyə edilən Azərbaycan vətəndaşları Bakıya gətirilib (YENİLƏNİB-3)

İlk xəbər saat 09:41-də yayımlanıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

Türkiyədə zəlzələ zonasından Naxçıvana təxliyə edilən azərbaycanlı tələbələr Naxçıvandan təyyarə ilə Bakıya gətirilib.

Bu barədə Trend-ə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

Təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda enib.

XXX

15:39

Türkiyədə zəlzələ zonasından Naxçıvana təxliyə edilən azərbaycanlı tələbələr təyyarə ilə Bakıya yola salınıb.

Bu barədə Trend-ə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

Təyyarə ilə ümumilikdə 102 tələbə Bakıya yola salınıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxın saatlarda onlar xüsusi aviareyslə Bakıya gələcəklər.

Təhsil Nazirliyinin rəsmiləri, psixoloqlar, tələbə-könüllülər, çoxsaylı media nümayəndələri Bakı Hava Limanındadırlar. Təhsil Nazirliyinin ayırdığı avtobuslar tələbələri hava limanından mənzil başına çatdıracaqlar.

XXX

13:45

Türkiyədə zəlzələ zonasından Azərbaycan vətəndaşlarının təxliyə prosesi başa çatıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Türkiyədən azərbaycanlı tələbələri və digər Azərbaycan vətəndaşlarını gətirən avtobusların hər üçü Naxçıvana çatıb.

Bundan sonra Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Naxçıvana gələn xüsusi təyyarə reysi ilə həmin şəxslə Bakıya uçacaqlar.

XXX

09:41

Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasından təxliyə prosesi bütün gecə ərzində davam edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Elazığ və Malatyadan gələn avtobuslar səhər saat 5-6 radələrində İğdıra çatıblar. Vətəndaşlarımız nahar etdikdən sonra artıq Naxçıvandan göndərilmiş avtobuslara köçürülüblər.

Üç avtobusdan 1-cisi artıq Naxçıvana çatıb. 2-ci avtobus Naxçıvana çox yaxındır. 3-cü avtobus isə təqribən 2 saata Naxçıvana çatacaq. Təxliyə olunan 105 vətəndaşdan 42-si artıq Naxçıvandadır. Yerdə qalan 63 nəfər də 2 avtobusla tezliklə Naxçıvanda olacaqlar.

Daha sonra isə vətəndaşlarımız Prezidentin tapşırığı ilə Naxçıvana göndərilmiş təyyarə ilə Bakı gələcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti