...

“PakDad” şəbəkəsi Brendinin yeni filialı sizin xidmətinizdə (FOTO/VİDEO)

Cəmiyyət Materials 3 Fevral 2020 11:10 (UTC +04:00)
10 il sizinlə olan “PAKDAD” restoranının növbəti 7 -ci Yasamal filialının möhtəşəm açılışını edib.
“PakDad” şəbəkəsi Brendinin yeni filialı sizin xidmətinizdə (FOTO/VİDEO)

Bakı. Trend:

Bir Azərbaycan markası olan “Pak Dad” Şirkətlər Qrupu A.M. Şərifzadə 162 ("İnşaatçılar" metro stansiyasının çıxışı) ünvanında, 10 il sizinlə olan “PAKDAD” restoranının növbəti 7 -ci Yasamal filialının möhtəşəm açılışını edib.

Daha çox türk mətbəxi ilə məşhur olan bu restoranlar şəbəkəsi Bakı şəhərinin müxtəlif yerlərində - Koroğlu Rəhimov küçəsində, Əhmədlidə, eləcə də, Nizami küçəsində (“Torqovı”) fəaliyyət göstərir.

Paytaxt Bakıda artaraq, öz fəaliyyətini genişləndirən “Pak Dad” Şirkətlər Qrupu Yasamal ərazisində də bu bölümün ehtiyacını nəzərə alaraq fəaliyyətə başlayıb.

Türk –Avropa mətbəxinin müxtəlif yemək çeşidi və möhtəşəm dadı ilə zəngin olan “PAKDAD”-ın açılışında tanınmış müğənnilər, aparıcılıar, məşhur simalar, media nümayəndələri iştirak edib.

Restoranın açılışı Türkiyədən gəlmiş məşhur modelyer İvana Sertin içtirakı ilə baş tutub. İvana Sertlə yanaşı Azərbaycanın tanınmış modelyeri Fəxriyyə Xələfova, model Rüstəm Cəbrayılov, Haçı Nuran, müğənnilərdən Roza Zərgərli, Dilarə Kazımova, Xatun, Samira, Hacı Nuran və b. məşhurlar iştirak edib.

Yeni açılan “PAKDAD” restoranı tamamilə fərqli, yeni dizayn tərtibatda müştərilərə təqdim olunub.

PAKDAD -Ailələrin, dostların sevdiyi , istirahət etdiyi və görüşdüyü bir məkandır.

Burda dostlarla bir axşam, işgüzar səhər və ya böyük ailə yeməyi- istənilən səbəb üçün PAKDAD-da hər bir şərait vardır!
Siz də həyatdan hər gün həzz alın – heç bir səbəb olmadan. Özünüzü sevindirin və sevincinizi PAKDAD-la paylaşın!

Bütün restoran şəbəkələri pak, halal ət məhsullarından istifadə edir.

Bundan başqa, yeni açılan ticarət mərkəzlərində də “Pak Dad” Brendi fəaliyyət göstərəcək.

Qeyd edək ki, hal –hazırda “Pak Dad” Brendinin 4 restoranı, 3 Fast Food-u mövcuddur. “GənclikMall”,”28 Mall”,”Park Bulvar” Ticarət Mərkəzlərində Fast Food şöbələri mövcuddur. Bu restoranlar şəbəkəsində menyü türk -Avropa mətbəxi üzərində qurulub. Lakin yeni açılan bölümdə müştərilər üçün yenilik olacaq. Burda Azərbaycan guşəsi də fəaliyyət göstərəcək.

https://www.facebook.com/pakdadbaku/

https://www.instagram.com/_pakdad_/?hl=ru

http://www.pakdad.az/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti