...

“Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi yekunlaşıb

Cəmiyyət Materials 5 Fevral 2020 16:44 (UTC +04:00)
“Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başa çatıb.
“Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi yekunlaşıb

Bakı. Trend:

“Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başa çatıb.

Trend-in məlumatına görə, 2019-cu il dekabrın 27-dən başlayan mərhələ 2020-ci il fevralın 2-də tamamlanıb.

Bu müddətdə 11.760 nəfər qeydiyyatdan keçib. Onlardan 9.775 nəfər müsabiqəyə qəbul edilib.

Xatırladaq ki, qeydiyyat mərhələsi ərzində müsabiqə ilə bağlı əhalini məlumatlandırmaq, bölgələrdəki şəxslərin müsabiqədə qeydiyyatdan keçmələrinə dəstək olmaq məqsədilə yanvarın 21-31 tarixlərində “Yüksəliş” müsabiqəsinin səyyar qeydiyyat avtobusları bölgələrə səfər edib.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti