...

“Qış məktəbi” tələbələrinin vorkşop sərgisi yekunlaşıb (FOTO)

Cəmiyyət Materials 7 Fevral 2020 19:13 (UTC +04:00)
AzMİU-nun Memarlıq fakültəsi tələbələrinin birgə həyata keçirdiyi vorkşop sərgisi bu gün başa çatıb.
“Qış məktəbi” tələbələrinin vorkşop sərgisi yekunlaşıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) həyata keçirilən “Qış məktəbi” layihəsi çərçivəsində Rusiyanın Samara və Voronej Dövlət Texniki Universitetlərinin və AzMİU-nun Memarlıq fakültəsi tələbələrinin birgə həyata keçirdiyi vorkşop sərgisi bu gün başa çatıb.

AzMİU-dan Trend-ə verilən məlumata görə, sərginin Münsilər heyətinin sədri, Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri, professor Elbay Qasımzadə, Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova, Azərbaycan-İtaliya Dizayn Mərkəzinin sədri Fərid Kərimov yüksək yerlərə layiq görülən tələbələrə sertifikatlar veriblər.

Sərgidə 29 nəfər qrup şəklində 11 iş təqdim edib. 1-ci yeri Voronej Dövlət Texniki Universitetinin tələbələri Mariya Dolmatova və Daniel Logvinov qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti