Bakı. Trend:
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini N.Cəbiyev 1 kiloqram 10 qram marixuana aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Abşeron rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini N.Cəbiyev saxlanıllb. Şəxsi axtarış zamanı ondan 1 kiloqram 10 qram marixuana aşkar edilərək götürülüb.