...

Azərbaycan İlahiyyat İnstitutu YÖK tərəfindən tanınan ali təhsil müəssisələri siyahısına daxil edilib

Cəmiyyət Materials 11 Fevral 2020 14:43 (UTC +04:00)
Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) bitirənlərin diplomları, artıq Türkiyə Respublikası Ali Təhsil Şurası (Yüksək Öyrətim Kurulu - YÖK) tərəfindən tanınır.
Azərbaycan İlahiyyat İnstitutu YÖK tərəfindən tanınan ali təhsil müəssisələri siyahısına daxil edilib

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) bitirənlərin diplomları, artıq Türkiyə Respublikası Ali Təhsil Şurası (Yüksək Öyrətim Kurulu - YÖK) tərəfindən tanınır.

Aİİ-dən Trend-ə bildirilib ki, bundan sonra İnstitutun tələbələri Türkiyədə asanlıqla magistratura və doktorantura pillələri üzrə təhsil ala biləcəklər.

Qeyd edək ki, ali təhsil müəssisəsi xarici ölkə universitetləri ilə təhsil və elm sahəsində qarşılıqlı münasibət, uzunmüddətli əməkdaşlıq, tədris prosesindəki təcrübələrlə əyani şəkildə tanış olmaq, bu sahə üzrə mövcud yeniliklərin öyrənilməsi, mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Bu səbəbdən, bir sıra ölkələrə səfərlər təşkil edilib, müxtəlif universitetlər ilə əməkdaşlıq müqavilələri imzalanıb.

İnstitut tələbələrin beynəlxalq mübadilə proqramları vasitəsilə Avropa, Amerika, Şərq ölkələrində təhsil almaları, eyni zamanda, yüksək qiymətlərlə məzun olan bakalavrların ixtisasları üzrə magistratura və doktorantura təhsilini dövlət xətti ilə xarici ölkələrdə davam etdirmələri üçün imkan yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti