...

Azərbaycanın ən yaxşı dizaynerləri bəlli olacaq!

Cəmiyyət Materials 12 Fevral 2020 10:40 (UTC +04:00)

Bakı. Trend:

Azerbaijan Design Award ölkənin ən yaxşı dizaynerlərini seçəcək. Belə ki, 2-ci mövsüm təşkil olunan Azerbaijan Design Award, layihələrin qəbuluna start verib. Layihənin təsisçi və təşkilatşıları, gənc dizaynerlər Rəhim İsmayılov (müəllif, həmtəsisçi), və Ramin Nəsirovdu (həmtəsisçi).

10 dizayn kateqoriyasından olan yaradıcı insanları bir araya toplayan yeganə layihəyə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi də dəstək verir.
Layihənin rəsmi tərəfdaşı həmçinin Kreativ Azərbaycan portalıdır (www.creative.az).

Yaradıcı şəxslər üçün tamamilə ödənişsiz təşkil olunan müsabiqə ölkədə dizayn səviyyəsinin yüksəldilməsi və istedadlı şəxsləri üzə çıxarmaq məqsədilə həyata keçirilir. Dizaynın keyfiyyətini yüksəltməklə dünya səviyyəsində dizaynerlərlə ayaqlaşmaq üçün mühit yaratmaq istəyən təşkilatçılar, buna görə dünyanın dörd bir yanından münsiflər cəlb edib.

18 münsifin olduğu layihədə Azərbaycanla yanaşı Kanada, Rusiya, İtaliya, Cənubi Koreya, Polşa, Türkiyə, İrandan olan münsiflər yer alır. Dünyaca məşhur peşəkarlardan ibarət münsiflər heyəti bütün layihələri onlayn şəkildə anonim olaraq dəyərləndirəcək.

Dizaynerlər rəsmi sayt üzərindən 10 kateqoriya üzrə layihələrini təqdim edə bilərlər. Brendinq, qablaşdırma dizaynı, illustrasiya, veb dizayn, sənaye dizaynı, tətbiqetmə (app) dizaynı, interyer dizaynı, eksteryer dizaynı, çap dizaynı, outdoor dizaynı.

Azerbaijan Design Award layihəsinin qalibləri mart ayında keçiriləcək möhtəşəm final gecəsində 400-nəfərdən artıq dəvətlinin qarşısında canlı şəkildə elan olunacaq. Finalçılara Azerbaijan Design Award və Mədəniyyət Naziliyi tərəfindən diplom və hədiyyələr təqdim olunacaq. Qaliblərə isə əsas mükafat Azerbaijan Design Award kuboku, diplom və hədiyyələr təqdim olunacaq.

Bütün yaradıcı insanları bu möhtəşəm dizayn festivalında iştirak etməyə dəvət edirik.

Layihələrin son qəbul tarixi: 17 fevral 2020-ci il
Qeydiyyat: http://azerbaijandesignaward.com/register

Məqalədə:
Xəbər lenti

Xəbər lenti