AQTA saxtalaşdırılan məhsullar barədə məlumat yaydı

Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalar nəticəsində ən çox süd və süd məhsulları, həmçinin qənnadı məhsullarının istehsal tarixinin saxtalaşdırıldığı məlum olub.
Trend bildirir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.
Sədrin sözlərinə görə, monitorinqlər zamanı həmin məhsulların son istifadə tarixlərinə müdaxilələrin edildiyi aşkarlanıb:
"Son fakt kimi bunu qeyd edim ki, Yeni il bayramı ərəfəsində uşaqlar üçün nəzərdə tutulan karamel məhsullarının son istifadə müddətinin dəyişdirildiyi aşkarlanmışdı".
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq