Ağdaşda xaş yeyən 19 yaşlı gəlin zəhərləndi

Bakı. Samir Əli - Trend:
Ağdaşda qadın xaş yeməyindən zəhərlənib.
Trend-in məlumatına görə, hadisə rayonun Yuxarı Ləki kəndində baş verib.
Kənd sakini, 2001-ci il təvəllüdlü, ailəli Səmədova Aygün Mehman qızı gecə saat 23 radələrində evlərində xaş yeməyi yeyib. Yeməkdən dərhal sonra A. Səmədovanın halı pisləşib və o, Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanada qadına zəhərlənmə diaqnozu qoyulub və o, təcili Bakıya gətirilib.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq