...

Bakıda məcburi köçkünlərin yaşadığı yataqxana yanıb

Cəmiyyət Materials 18 Fevral 2020 14:59 (UTC +04:00)
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Bakıda  məcburi köçkünlərin yaşadığı yataqxana yanıb

Bakı. Trend:

Bakıda yataqxanada yanğın baş verib.

Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində, ümumi sahəsi 12 m² olan otaqda ev əşyaları yanıb.

Yataqxana binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti