...

Ombudsman Aparatının nümayəndələri FHN-nin Mülki Müdafiə Qoşunlarının hərbi hissəsinə baş çəkiblər

Cəmiyyət Materials 26 Fevral 2020 20:26 (UTC +04:00)
Ombudsman Aparatının nümayəndələri Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsinə baş çəkiblər.
Ombudsman Aparatının nümayəndələri FHN-nin Mülki Müdafiə Qoşunlarının hərbi hissəsinə baş çəkiblər

Bakı. Trend:

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və sektorun baş məsləhətçisi Adil Hacıyev Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının səlahiyyətli nümayəndəsi ilə birgə N saylı hərbi hissəyə başçəkmə həyata keçiriblər.

Aparatdan Trend-ə verilən məlumata görə, başçəkmə zamanı hərbi sirr təşkil etməyən bütün obyektlərə baxış keçirilib, şəxsi heyətlə hüquqi maarifləndirmə istiqamətində fərdi və kollektiv söhbətlər aparılıb. Hərbçilərin məişət şəraiti, əşya, ərzaq və tibbi təminatının təşkili üçün görülən işlər müsbət qiymətləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti