...

Cəlal İsayev: Dəqiq nəticə olmamış ajiotaj yaratmağa ehtiyac yoxdur

Cəmiyyət Materials 28 Fevral 2020 18:52 (UTC +04:00)
Bəzən sosial şəbəkələrdə müəyyən şəkillər yaymaqla koronavirusla bağlı ajiotaj yaradılır.
Cəlal İsayev: Dəqiq nəticə olmamış ajiotaj yaratmağa ehtiyac yoxdur

Bakı. Elçin Mehdiyev - Trend:

Bəzən sosial şəbəkələrdə müəyyən şəkillər yaymaqla koronavirusla bağlı ajiotaj yaradılır.

Trend-in məlumatına görə, bu barədə koronavirusla bağlı Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargahın keçirdiyi brifinqdə deyilib.

Qeyd olunub ki, xaricdən gələn şəxsləri müayinə edən həkimlər xüsusi geyimlərdə olurlar. Kimlərsə həmin həkimlərin şəkillərin kənardan çəkib sosial şəbəkələrdə yaymaqla koronavirusla bağlı ajiotaj yaradırlar.

Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, xaricdən gələn hər bir şəxs koronovirusa yoluxmuş şəxs deyil: “Əlbəttə, ola bilər, kiminsə bədən temperaturu normadan bir qədər artıq olsun, ancaq bu o demək deyil ki, həmin şəxs koronavirus daşıyıcısıdır. Bunun dəqiq cavabı laborator analizlər nəticəsində müəyyən oluna bilər. Həmin şəxsin temperaturu başqa səbəblərdən də qalxa bilər. Dəqiq nəticə olmamış ajiotaj yaratmağa ehtiyac yoxdur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti