...

ÜST: Koronavirusla bağlı risklər çox yüksəkdir

Cəmiyyət Materials 29 Fevral 2020 12:23 (UTC +04:00)
Ümumdünya Səhiyyə Təşkilatı koronavirus xəstəliyi 2019 (COVID-19) ilə bağlı qlobal səviyyədə mövcud risk qiymətləndirməsini hələ də çox yüksək dəyərləndirir.
ÜST: Koronavirusla bağlı risklər çox yüksəkdir

Bakı. İlhamə İsabalayeva - Trend:

Ümumdünya Səhiyyə Təşkilatı koronavirus xəstəliyi 2019 (COVID-19) ilə bağlı qlobal səviyyədə mövcud risk qiymətləndirməsini hələ də çox yüksək dəyərləndirir.

Trend-in məlumatına görə, ÜST xəstəliyin yayılmağa başlanıldığı Çində də riskləri çox yüksək qiymətləndirir.

Qeyd edək ki, Çində yeni koronavirus qurbanlarının sayı 2835 nəfər təşkil edib, 39 mindən çox insan sağalıb, 79,2 mindən çox insan virusa yoluxub.

Artıq Belarus, Litva, Niderland, Yeni Zelandiya və Nigeriyada koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halları qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti