Bakı. Trend:
Ötən gecə Xaçmaz rayonu ərazisində başlayan güclü külək qabaqlayıcı tədbirlərin görülməsinə baxmayaraq, rayonun elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub.
“Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bu haqda Trend-ə məlumat verib.
Onun sözlərinə görə, "Azərişıq" əməkdaşları gecə boyunca qəzanın nəticələrini aradan qaldırmaqla məşğul olub:
"Əməkdaşlarımızın səyi nəticəsində Xaçmaz rayonunu Dədəli kəndi istisna olmaqla bütün ərazilərində elektrik enerjisinin verilişi bərpa olunub. Yaxın dəqiqələrdə Dədəli kəndinə də elektrik enerjisinin verilişi bərpa olunacaq".