...

AZAL daha iki çarter reysi ilə 391 azərbaycanlını ölkəyə çatdırdı

Cəmiyyət Materials 18 Mart 2020 09:51 (UTC +04:00)
Azərbaycanın Milli aviadaşıyıcısı martın 18-nə keçən gecə Azərbaycan vətəndaşlarının qaytarılması üçün daha iki çarter reysi yerinə yetirib.
AZAL daha iki çarter reysi ilə 391 azərbaycanlını ölkəyə çatdırdı

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycanın Milli aviadaşıyıcısı martın 18-nə keçən gecə Azərbaycan vətəndaşlarının qaytarılması üçün daha iki çarter reysi yerinə yetirib.

Bu barədə Trend-ə “Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən bildiriblər.

Bildirilib ki, AZAL aviaşirkəti İstanbul-Bakı reysi ilə 230 nəfər, Roma-Bakı reysi ilə 161 nəfər sərnişini vətənə gətirib.

Əlavə olunub ki, Azərbaycanın Milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcəkdir.

Xatırladaq ki, daha əvvəl Türkiyədən dörd çarter reysi ilə 868 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti