...

Nazirlik “Böyüklərimizə qayğı ilə!” adlı videoçarx hazırlayıb (VİDEO)

Cəmiyyət Materials 27 Mart 2020 22:54 (UTC +04:00)
Yaşı 65-dən yuxarı tənha şəxslər bu gün evlərində ehtiyac duyduqları sosial məişət xidmətləri ilə təmin olunurlar
Nazirlik “Böyüklərimizə qayğı ilə!” adlı videoçarx hazırlayıb (VİDEO)

Bakı. Trend:

Yaşı 65-dən yuxarı tənha şəxslər bu gün evlərində ehtiyac duyduqları sosial məişət xidmətləri ilə təmin olunurlar. Bunun üçün istənilən vaxt Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət işçilərinin və könüllülərin dəstəyindən faydalana bilirlər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Trend-ə verilən məlumata görə, onlara istəkləri öyrənilməklə, ev işlərində, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. zəruri kömək göstərilir.

Hazırda tənha yaşayan 10 mindən çox yaşlı vətəndaş sosial məişət xidmətləri ilə əhatə olunub.

Bu mövzuda Nazirliyin hazırladığı “Böyüklərimizə qayğı ilə!” adlı videoçarxı təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti