...

DANX: Qaydalara əməl etməyən 26 daşıyıcıya xəbərdarlıq edilib

Cəmiyyət Materials 29 Mart 2020 14:03 (UTC +04:00)
Bu barədə Trend-ə açıqlamasında qurumun mətbuat katibi Nuridə Allahyarova bildirib.
DANX: Qaydalara əməl etməyən 26 daşıyıcıya xəbərdarlıq edilib

Bakı. Ceyhun Ələkbərov - Trend:

Avtobusların salonundakı sıxlığın qarşısını almaq məqsədilə Operativ Qərargahın tələblərinə əməl edilməsi üçün Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) müfəttişləri Respublika üzrə dayancaqlarda xidmət göstərirlər.

Bu barədə Trend-ə açıqlamasında qurumun mətbuat katibi Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, xidmətlər 11 regional bölmə üzrə keçirilir:

"Ötən gün səhər saat 11-dən etibarən Bakı, Sumqayıt və Abşeron daxil olmaqla ölkə üzrə 11 regional bölmə üzrə avtobuslarda yoxlamalar başlanılıb. Nəqliyyat vasitəsinin salonunda sərnişinlərin ara məsafəsini qorumasını təmin etmək üçün DANX müfəttişləri dayanacaqlarda qadağanın icrasına nəzarət edir. Qaydaya əməl etməyən sürücülərə ilkin şəkildə yerində xəbərdarlıq edilir".

N.Allahyarova qeyd edib ki, bu saata qədər 26 daşıyıcıya xəbərdalıq olunub:

"Müfəttişlərdən aldığımız məlumata görə, sərnişinlər sürücülərdən daha çox qaydalara pozmağa meyllidirlər. Sürücülər maksimum dərəcədə hər oturan sərnişinə qaydaları izah etməyə çalışırlar. Bakı-Sumqayıt istiqamətində hərəkət edən bəzi avtobuslarda hətta xəbərdarlıq xarakterli elanlar vurulub".

Mətbuat katibi əlavə edib ki, eyni daşıyıcı haqqında bir neçə şikayət daxil olarsa, xəbərdarlıq daşıyıcının xətdən ayrılması ilə nəticələnə bilər.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə martın 29-da saat 00:00-dan etibarən ölkə ərazisində xüsusi karantin rejimi gücləndirilib.

Bununla bağlı Operativ Qərargahın martın 27-də yaydığı məlumata əsasən, xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılıb.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti