...

ADRA koronavirusla mübarizəyə dəstək üçün təşviqat kampaniyasını həyata keçirir (FOTO)

Cəmiyyət Materials 31 Mart 2020 10:03 (UTC +04:00)
ADRA-dan Trend-ə verilən məlumata görə, agentliyin rəhbər əməkdaşları könüllü olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna əmək haqqlarından 36 min manat ianə ediblər.
ADRA koronavirusla mübarizəyə dəstək üçün təşviqat kampaniyasını həyata keçirir (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) koronavirusla mübarizəyə dəstək üçün təşviqat kampaniyasını həyata keçirir.

ADRA-dan Trend-ə verilən məlumata görə, agentliyin rəhbər əməkdaşları könüllü olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna əmək haqqlarından 36 min manat ianə ediblər.

Bununla yanaşı, ADRA ölkə rəhbərinin tapşırığına əsasən infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərə dəstək olaraq açıq məkandakı reklam lövhələrində virusla mübarizəyə dair videoçarxların hazırlanması və yayımlanmasını həyata keçirib. Əsas məqsəd əhalinin maarifləndirilməsi, virusla mübarizədə milli həmrəyliyin göstərilməsi, o cümlədən həyatını təhlükəyə ataraq pandemiyaya qarşı səfərbər olan tibb işçiləri, polislər və digər peşə sahiblərinə dəstək nümayiş etdirmək, ictimaiyyəti də anlayışlı və məsuliyyətli olmağa səsləməkdir.

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi öz növbəsində maarifləndirmə işinin aparılmasında köməklik göstərən reklam sahəsində çalışan sahibkarlara dərin minnətdarlığını bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti