Bakı. İlhamə İsabaIayeva - Trend:
Təhsil Nazirliyi məktəblərdə tədris bərpa olunduqdan sonra təxirə salınan mövzular üzrə böyük qiymətləndirmə həyata keçirməyi planlaşdırır.
Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov deyib.
Onun sözlərinə görə, bu qiymətləndirmə nəticəsində teledərslərin nə qədər effektiv olduğu, şagirdlərin proqramdan geri qalıb-qalmadığı müəyyən olunacaq.
O.Abbasov qeyd edib ki, bunun nəticəsində müvafiq addımların atılması məqsədilə təkliflər hazırlanaraq hökumətə təkliflər təqdim ediləcək.