...

Azərbaycanda 105 yeni koronavirusa yoluxma qeydə alındı, 19 nəfər sağaldı - Operativ Qərargah (VİDEO)

Cəmiyyət Materials 8 Aprel 2020 17:03 (UTC +04:00)
Azərbaycanda 105 yeni koronavirusa yoluxma qeydə alındı, 19 nəfər sağaldı - Operativ Qərargah (VİDEO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda 105 yeni koronavirusa yoluxma qeydə alınıb, infeksiyaya yoluxmuş 19 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.

İ.Məmmədov deyib ki, Azərbaycanda koronavirusla bağlı pozitiv fikir söyləmək mümkün deyil:

"Ötən həftə ərzində xəstəliyin yoluxma halları davam edib. Bu gün ölkədə 105 nəfərin koronavirusa yoluxma faktı halı qeydə alınıb. Bu rəqəm onu göstərir ki, yoluxma halları artan xətt üzrə gedir".

Mətbuat katibi qeyd edib ki, bu gün ölkədə 5 milyona yaxın tibbi maska ehtiyatı yaradılıb. Gün ərzində 450 mindən artıq tibbi maska satılır.

Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 63 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib, 751 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti